SON DƏQİQƏ
» » Futbolda İNQİLAB: Avropa nəhəngləri UEFA-dan çıxır

Futbolda İNQİLAB: Avropa nəhəngləri UEFA-dan çıxır

Tarix:

3-11-2018, 20:36

/ 10 489 dəfə oxundu.
Futbolda İNQİLAB: Avropa nəhəngləri UEFA-dan çıxır

Avropanın aparıcı futbol klubları elit liqa yaratmaq istəyir.

GunAz.az bildirir ki, bu ideyanın tərəfdarları arasında bir sıra top-klublar yer alıb. Layihəyə əsasən, Avropanın 11 klubu UEFA-nın tərkibindən çıxaraq, Çempionlar Liqasına alternativ olacaq Super Liqa adlı yeni turnir təsis etmək niyyətindədirlər. Bu "11-lik” 20 il ərzində yarışda daimi çıxış edəcək, əlavə 5 komanda isə qonaq qismində dəvət ediləcək.

Super Liqanın yaradıcıları Almaniyanın "Bavariya”, İspaniyanın "Real Madrid”, "Barselona”, İtaliyanın "Yuventus”, "Milan”, İngiltərənin "Arsenal”, "Çesli”, "Mançester Yunayted”, "Mançester Siti”, "Liverpul” və Fransanın PSJ komandaları olacaq.

İspaniyanın "Atletiko”, Almaniyanın "Borussiya” (Dortmund), Fransanın "Olimpik” (Marsel), İtaliyanın "İnter” və "Roma” klubları isə qonaq statusu ilə yarışa qatılacaq.

Qeyd edək ki, klubların yaxın gələcəkdə bəyanatla çıxış edəcəkləri bildirilir.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ