SON DƏQİQƏ
» » Rövnəq Abdullayev də "Arsenal"la görüşdən danışdı

Rövnəq Abdullayev də "Arsenal"la görüşdən danışdı

Tarix:

5-10-2018, 08:24

/ 10 342 dəfə oxundu.
Rövnəq Abdullayev də "Arsenal"la görüşdən danışdı

"Qarabağ" yaxşı oyun sərgilədi. Lakin hücumları məntiqi sonluğa çatdıra bilmədik. Onu da nəzərə almaq lazımdır ki, rəqib "Arsenal" idi.

Report xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev Avropa Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"ın İngiltərə Arsenal"ına 0:3 hesabı ilə uduzduğu görüşü qiymətləndirərkən deyib. O, bildirib ki, Azərbaycan təmsilçisi ilk 2 turda uduzsa da, komandadan qarşıdakı oyunlarda müsbət nəticələr gözləyir.

Milli assosiasiyanın rəhbəri bu mövsüm Avroliqanın final görüşünün keçiriləcəyi Bakı Olimpiya Stadionundakı (BOS) vəziyyəti yüksək qiymətləndirib. Onun fikrincə, hazırda BOS dünyanın ən yaxşı stadionlarındandır.

R.Abdullayev FİFA prezidenti ilə son görüşündən də danışıb. AFFA prezidenti görüşdə Azərbaycanda futbolun ümumi vəziyyəti ilə bağlı söhbət apardıqlarını bildirib. O, deyib ki, ali futbol qurumunun rəhbəri ölkə futbolunun inkişaf tempindən xeyli razıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ