SON DƏQİQƏ
» » Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində 3-cü oldu - Siyahı

Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində 3-cü oldu - Siyahı

Tarix:

1-10-2018, 23:29

/ 10 449 dəfə oxundu.
Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində 3-cü oldu - Siyahı

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində yenə III yerdədir.

GunAz.az xəbər verir ki, FIDE bu gün üçün yeni reytinq cədvəlini dərc edib.

Şəhriyar Məmmədyarovun bu siyahıda bir ay əvvəlki yeri dəyişməyib.

Dünyanın ən güclü şahmatçılarının siyahısında I yerdə yenə norveçli dünya çempionu Maqnus Karlsendir (2839), II yerdə isə amerikalı Fabiano Karuanadır (2827).

Digər şahmatçımız Teymur Rəcəbov (2751) siyahıda sentyabr ayındakı vəziyyəti ilə müqayisədə bir pillə aşağı enərək 18-ci yerdə qərarlaşıb. Arkadi Naydiç (2721) 29-cu, Rauf Məmmədov (2699) 46-cı, Eltac Səfərli (2676) 67-ci, Qədir Hüseynov (2667) 74-cü yerdədir.

скачать dle 12.1

Şərhlər