SON DƏQİQƏ
» » “Neftçi” ingiltərəli məşqçi ilə müqavilə imzaladı

“Neftçi” ingiltərəli məşqçi ilə müqavilə imzaladı

Tarix:

13-09-2018, 21:22

/ 10 329 dəfə oxundu.
“Neftçi” ingiltərəli məşqçi ilə müqavilə imzaladı

"Neftçi” klubunda yeni təyinat olub.

GunAz.az klubun saytına istinadən xəbər verir ki, 55 yaşlı ingiltərəli mütəxəssis Mik Benet "Neftçi” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. Onunla birillik müqavilə bağlanıb.

Qeyd edək ki, Mik Benet 1979-1994-cü illər ərzində İngiltərənin "Bolton Uonderers”, "Vulverhempton Uonderers”, "Kembric Yunayted”, "Preston Nort End”, "Karlayl Yunayted” və Finlandiyanın "Koparit” klublarında oynayıb.

Məşqçi kimi İngiltərənin "Bolton Uonderers” U-12 – U18 (1999-2010), "Yovil Taun”un akademiyası (2010-2011), "Uiqan Atletik” U-16 (2011-2012), "Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbay şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və "Mançester Yunayted” Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ