SON DƏQİQƏ

Azərbaycan yığması Norveçə uduzub

Tarix:

11-09-2018, 22:48

/ 10 320 dəfə oxundu.
Azərbaycan yığması Norveçə uduzub

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

GunAz.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Dalğa Arena"da Norveçi qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, Azərbaycan millisi 5-ci qrupdakı 9-cu oyunundan sonra 2 xalla sonuncu pillədə qalıb. Komanda bu nəticə ilə növbəti mərhələyə yüksəlmək şansını itirib. Norveç yığması isə 8 oyundan sonra 14 xal toplayıb.

Azərbaycan yığması sonuncu - onuncu görüşünü də oktyabrın 10-da səfərdə Norveç millisinə qarşı keçirəcək.

11 sentyabr

Avropa çempionatı, seçmə mərhələ

20:00. Azərbaycan - Norveç - 1:3

Barış Ekincier, 56 - Birk Risa, 48. Morten Torsbi, 50: 76

Hakimlər: Barbeno Luka, Françesko Lunardon, Salvatore Tuttifrutti, Mişel Skarpino (San Marino)

"Dalğa Arena"

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ