“Barselona”dan mövsümün İLK ŞOUSU - 8:2 - VİDEO

İspaniya çempionatının 3-cü turu çərçivəsində Kataloniyada keçirilən "Barselona" - "Ueska" görüşündə qapılara on qol vurulub.

GunAz.az xəbər verir ki, görüş meydan sahiblərinin 8:2 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 3-cü dəqiqədə qonaqlardan Xuan Kamilo Ernandes açsa da, bu qol sanki meydan sahiblərini qəzəbləndirib. Görüşdə "Barselona"nın qollarını Lionel Messi, Luis Suares (hər ikisi iki qol vurub), Usman Dembele, İvan Rakitiç və Jordi Alba vurub. Daha bir qol qonaqların öz qapısına vurması nəticəsində gerçəkləşib.

Qeyd edək ki, "Barselona" doqquz xalla Madrid "Real"ı ilə birgə ilk sırada qərarlaşıb. "Ueska" isə dörd xalla XIII sıradadır.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]