SON DƏQİQƏ

Azərbaycanlı futbolçuun Latviyada 5 qolu

Tarix:

19-08-2018, 15:30

/ 10 296 dəfə oxundu.
Azərbaycanlı futbolçuun Latviyada  5 qolu

Futbol çempionatının I liqasında XIV turun oyunları keçirilib.

GunAz.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun çıxış etdiyi “Dauqavpils” səfərdə “Auda” ilə qarşılaşıb. Oyun futbolçumuzun komandasının 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Vüqar meydana start heyətində çıxıb və sonadək oynayıb. O, komandasının 5 qoluna imza atıb. Əsgərov 7, 31, 35, 54 və 67-ci dəqiqələrində fərqlənib.

Cari mövsümdə vurduğu qolların sayını 18-ə çatdıran Vüqar bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, “Dauqavpils” 14 turdan sonra 31 xalla 12 kollektiv arasında ikinci pillədə qərarlaşıb.(Fanat.Az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ