SON DƏQİQƏ

Messi tarixi qola imza atdı

Tarix:

19-08-2018, 13:20

/ 10 361 dəfə oxundu.
Messi tarixi qola imza atdı

Argentinalı futbolçu Lionel Messi "Barselona" klubunun İspaniya çempionatında 6000-ci qolunu vurub.

GunAz.az xəbər verir ki,  bu tarixi hadisə ilk turda "Alaves"lə ev oyununa təsadüf edib.

Messi 64-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib. O, 90+2-ci dəqiqədə də fərqlənib. Daha bir qolu isə 83-cü dəqiqədə Filippe Koutinyo vurub. Beləliklə, "Barselona" 3:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Lionel Messi “Barselona”nın La Liqada vurduğu 5000-ci qolun da müəllifi olub. Bu, 1 fevral 2009-cu ildə "Rasinq"lə XXI tur görüşünə təsadüf edib. "Barselona"nın 2:1 hesabı ilə qalib gəldiyi oyunda da Messi iki qol vurub.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ