SON DƏQİQƏ

Şəhriyar turnirə qələbə ilə başladı

Tarix:

19-08-2018, 10:07

/ 10 313 dəfə oxundu.
Şəhriyar turnirə qələbə ilə başladı

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində start götürən Sinkfild Kuboku superturnirinə qələbə ilə başlayıb. 

GunAz.az xəbər verir ki, ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarov Amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib. 

İkinci turda Azərbaycanlı şahmatçının rəqibi Rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişukla qarşılaşacaq. 

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq.

Qeyd edək ki, yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ