SON DƏQİQƏ
» » “Şerif” – “Qarabağ” oyununu avstriyalı hakimlər idarə edəcək

“Şerif” – “Qarabağ” oyununu avstriyalı hakimlər idarə edəcək

Tarix:

19-08-2018, 08:48

/ 10 287 dəfə oxundu.
“Şerif” – “Qarabağ” oyununu avstriyalı hakimlər idarə edəcək

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada "Şerif"ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.

Avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopainedir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

скачать dle 12.1

Şərhlər