SON DƏQİQƏ

Ərdoğan Ramil Quliyevi təbrik etdi

Tarix:

10-08-2018, 11:16

/ 10 305 dəfə oxundu.
Ərdoğan Ramil Quliyevi təbrik etdi

Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil QuliyevAlmaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.
GunAz.az xəbər verir ki, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. O, finalda finişə 19,76 saniyəyə çatıb. Ramil Quliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda eyni məsafəyə qaçışda dünya çempionu olub.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramil Quliyevi təbrik edib. Prezident mənbələrindən verilən məlumata görə, Ərdoğan Türkiyə millisinin Azərbaycan əsilli idmançısına telefonla zəng edib.
Ərdoğan telefonda qızıl medal ilə bütün Türkiyəni qürurlandıran Ramil Quliyevi təbrik edərək ona gələcək karyerasında uğurlar arzulayıb. Prezident həmçinin idmançıya ayrıca təbrik teleqramı da göndərib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ