SON DƏQİQƏ
» » Azərbaycan Premyer Liqasının ilk matçı təxirə salındı

Azərbaycan Premyer Liqasının ilk matçı təxirə salındı

Tarix:

8-08-2018, 20:38

/ 10 386 dəfə oxundu.
Azərbaycan Premyer Liqasının ilk matçı təxirə salındı

Futbol üzrə Azərbaycan Premyer Liqasının ilk turunun ilk matçı təxirə salınıb.
 
GunAz.az xəbər verir ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ” klubu Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. 
"Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin BATE ilə keçiriləcək cavab oyununa daha yaxşı hazırlaşmaq üçün Premyer Liqanın 2018/2019-cu illər mövsümünün I turunda keçirilməli olan "Zirə” ilə görüşün təxirə salınmasını xahiş edib.
Ağdam təmsilçisinin qitənin ən nüfuzlu klub turnirində çıxışını nəzərə alan PFL "Qarabağ” – "Zirə” matçının 10 avqust tarixindən 26 sentyabr tarixinə keçirilməsinə qərar verib.
Açılış matçı avqusun 11-də, saat 20:00-da Mərdəkandakı "Dalğa Arena”da "Sumqayıt” və "Neftçi” komandalarının iştirakı ilə keçiriləcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ