SON DƏQİQƏ

"Qarabağ"ın hər iki oyunu canlı yayımlanacaq

Tarix:

2-08-2018, 19:06

/ 10 401 dəfə oxundu.
"Qarabağ"ın hər iki oyunu canlı yayımlanacaq

"Qarabağ"ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Belarusun BATE klubuna qarşı keçirəcəyi hər iki oyun canlı yayımlanacaq.
GunAz.az xəbər verir ki, Ağdam klubu ilə əldə olunan razılığa əsasən, təmsilçimizin həm ev, həm də səfər oyunu "CBC Sport"la canlı yayımlanacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq "Qarabağ" - BATE matçı avqustun 7-i saat 21:00-da başlayacaq. 1 həftə sonra “Borisov Arena”da keçiriləcək cavab qarşılaşması da Bakı vaxtı ilə 21:00-da start götürəcək.
скачать dle 12.1

Şərhlər