SON DƏQİQƏ

Milli komandamız Belarusa gedir

Tarix:

27-07-2018, 18:42

/ 10 309 dəfə oxundu.
Milli komandamız Belarusa gedir

17 yaşadək futbolçulardan ibarət millimizin təlim-məşq toplanışı olacaq. 

GunAz.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz iyulun 31-dən avqustun 5-dək hazırlıq keçəcək.

Toplanışı Belarusun paytaxtı Minskdə keçirəcək Ramin Quliyevin  komandası bu ölkənin U-17 millisi ilə  iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Avqustun 2-dəki oyun Bakı vaxtı ilə saat 19:00, 4-dəki görüş isə Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Toplanışda 20 futbolçu iştirak edəcək. 

Emil Bayramov (BRV  Sport klub, Ukrayna), Andrey Çekotun (İvan Poddubnı adına Olimpiya Kolleci, Ukrayna), Fərid Muxtarov, İbrahim Novruzov, Samir Abdullayev (hamısı "Keşlə"), Nemət Musayev ("Kəpəz"), Musa Qurbanlı ("Qarabağ"), Vüsal Şabanov, Nemət Şıxəmirov, Rüfət Əhmədov, Nika Baçaliaşvili, Veysəl Rzayev, Samir Məhərrəmli, Rauf Məhərrəmov (hamısı "Qəbələ"), Emil Məmmədov, Fərid Yusifli, Valeh Qəhramanlı (hamısı "Neftçi"), Cavidan Abbaszadə ("Sumqayıt"), Elçın Qasımov ("Turan Tovuz"), Emil Quluzadə ("Vətən")

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ