SON DƏQİQƏ
» » Dünya çempionatı-2018: Fransa ilk yarımfinalçı oldu

Dünya çempionatı-2018: Fransa ilk yarımfinalçı oldu

Tarix:

6-07-2018, 20:34

/ 10 501 dəfə oxundu.
Dünya çempionatı-2018: Fransa ilk yarımfinalçı oldu

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 finalın ilk oyunu keçirilib. 

GunAz.az xəbər verir ki, "Nijni Novqorod” stadionunda baş tutan qarşılaşmada Fransa və Uruqvay komandaları üz-üzə gəlib. Oyun açıq-aşkar Fransa millisinin üstünlüyü ilə keçib.

Qarşılaşmada ilk qolu da birinci hissədə Fransa millisi vurub. 40-cı dəqiqədə Varan hesabı açıb.

62-ci dəqiqədə isə Antuan Qrizmanın uzaqdan zərbəsini Uruqvayın qapıçısı dəf edə bilməyib. Oyun Fransanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə Fransanı yarımfinala daşıyıb.

Qeyd edək ki, günün ikinci qarşılaşmasında Belçika və Braziliya milliləri qarşılaşaq.

скачать dle 12.1

Şərhlər