SON DƏQİQƏ
» » “DÇ-2018″də böyük sürpriz: İspaniya da evə yollanır

“DÇ-2018″də böyük sürpriz: İspaniya da evə yollanır

Tarix:

1-07-2018, 21:33

/ 10 351 dəfə oxundu.
“DÇ-2018″də böyük sürpriz: İspaniya da evə yollanır

Rusiyada keçirilən dünya çempionatı davam edir.

GunAz.az xəbər verir ki, bu gün 1/8 final mərhələsinin daha 2 görüşü baş tutacaq.

İlk olaraq meydana meydan sahibi Rusiya yığması çıxıb. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gəlib. Qrup səddini çətinliklə aşan və 3 matçda qapısından 5 qol buraxan ispanların ev sahiblərinə gücü çatmayıb.

İspaniya 12-ci dəqiqədə Sergey İqnaşeviçin avtoqoluna sevinib. 40-cı dəqiqədə Artyom Zyuba penaltidən bərabərliyi təmin edib və əsas vaxt bu hesabla başa çatıb – 1:1.

Əlavə 30 dəqiqədə də qol olmadığından penalti seriyası təyin edilib. Bu zaman Rusiya millisinin qapıçısı İqor Akinfeyev Koke və Yaqo Aspasın zərbələrini dəf edərək Rusiyanı 1/4 finala çıxardıb. Rusların vurduğu 4 penalti zərbəsi dəqiq olub.

Qeyd edək ki, dünən Fransa Argentinanı, Uruqvay Portuqaliyanı mübarizədən kənarlaşdıraraq 1/4 finala vəsiqə qazanıb.

DÇ-2018
1/4 final
1 iyul

İspaniya – Rusiya 1:1 (Penalti – 3:4)
Qollar: Sergey İqnaşeviç, 12 (avtoqol) – Artyom Zyuba, 40-pen.
Penalti seriyası: Andres İnyesta, Cerard Pike, Serxio Ramos, – Fyodor Smolov, Sergey İqnaşeviç, Aleksandr Qolovin, Denis Çerışev

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ