SON DƏQİQƏ
» » FİFA Maradonaya inanılmaz məbləğdə maaş verir

FİFA Maradonaya inanılmaz məbləğdə maaş verir

Tarix:

29-06-2018, 23:07

/ 10 353 dəfə oxundu.
FİFA Maradonaya inanılmaz məbləğdə maaş verir

Beynəlxalq futbol federasiyası (FİFA) argentinalı canlı futbol əfsanəsi Dieqo Maradonanın Rusiyada keçirilən dünya çempionatında iştirakına görə, ona iri məbləğdə pul mükafatı verir.

GunAz.az xəbər verir ki, stadionlarda kameralar önündə görüntülənməsinə görə, keçmiş yarımmüdafiəçi gününə 11 min avro alır.

Bundan savayı onun bütün nəqliyyat, oteldə qalma və digər xərcləri FİFA tərəfindən ödənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl dünya çempionatı çərçivəsində Peterburqda Nigeriya-Argentina yığmaları arasında keçirilən matçdan sonra, futbol əfsanəsi stadionu müstəqil şəkildə tərk edə bilməyib və həkimlər ona tibbi yardım göstərib.

Şahidlər və bəzi KİV-ləri Maradonanın narkotik vasitə və ya normadan artıq spirtli içki qəbul etdiyini iddia edir.(Oxu.az)

скачать dle 12.1

Şərhlər