SON DƏQİQƏ
» » Misir millisinin kapitanı öz xalqından üzr istədi

Misir millisinin kapitanı öz xalqından üzr istədi

Tarix:

21-06-2018, 08:00

/ 10 303 dəfə oxundu.
Misir millisinin kapitanı öz xalqından üzr istədi

Misir milli komandasının kapitanı Essam əl-Hadari futbol üzrə dünya çempionatında ikinci görüşdə ev sahibi Rusiyaya 1:3 hesabı ilə məğlub olduqları üçün öz xalqından üzr istəyib.

Gunaz.az xəbər verir ki, komandanın qapıçısı üzrxahlığını Misir xalqına çatdıraraq deyib: “Heç bir futbolçu və baş məşqçi uduzmaq istəməz. Növbəti mərhələyə yüksəlmək şanslarımızı qorumaq üçün qalib gəlmək niyyətində idik və bundan ötrü bütün futbolçular əllərindən gələni etdilər. Amma bu, futboldur və hərdən uğur sənin tərəfində olmur”.

Essam əl-Hadari Misir yığmasının əvvəlki uğurlarını davam etdirməyə qadir olduğunu və komandada kütləvi dəyişikliklərin edilməsinin zəruriliyini vurğulayıb: “Bu komanda çoxlu nailiyyətə imza atıb. Bu uğurların gələcəkdə də davam etməsi əhəmiyyətlidir”.(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ