SON DƏQİQƏ

Klublarımızın Avropa Liqasında - Rəqibləri

Tarix:

20-06-2018, 15:37

/ 10 325 dəfə oxundu.
Klublarımızın Avropa Liqasında - Rəqibləri

Avropa liqasında çıxış edəcək komandaların I təsnifat mərhələsi üçün püşkatma mərasimi keçirilib.

Gunaz.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

Azərbaycan kubokunun sahibi "Keşlə" Maltanın "Baltsan" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 12-də səfərdə keçiriləcək.

Premyer Liqanın gümüş mükafatçısı "Neftçi" Macarıstan "Uypeşt"i ilə üz-üzə gələcək. İlk oyun Bakıda olacaq.

"Qəbələ" isə Lüksemburq "Proqres"inə rəqib olub. İlk oyun səfərdə baş tutacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ