SON DƏQİQƏ

"Qəbələ" "Barselona" ilə eyni qrupda

Tarix:

16-06-2018, 21:05

/ 10 300 dəfə oxundu.
"Qəbələ" "Barselona" ilə eyni qrupda

Çexiyada keçirilən 16 yaşadək futbolçulardan ibarət komandalar arasında "All Stars Cup" turnirində ilk oyun gününə yekun vurulub.

Gunaz.az goal.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin U-16 komandası I qrup mərhələsində 3 oyun keçirib.

İlk turda Yaponiya təmsilçisi "Avispa Fukuoka" ilə görüşən futbolçularımız meydanı xalsız tərk edib - 0:2. Yerli "Fastav Jlin"lə qarşılaşmada isə komandamız 1:0 hesabı ilə qalib gəlib. Matçdakı yeganə qolu Aqil Nəsibov vurub. Son turda Portuqaliyanın "Portu" klubu ilə qarşılaşan U-16 0:4 hesabı ilə məğlub olub. Qrupu 3 xalla başa vuran "qırmızı-qaralar" 3-cü yeri tutub.

Bu gün II qrup mərhələsinin oyunları baş tutacaq. Komandamızın bu mərhələdəki rəqibləri öz qruplarınnda qalib olan Almaniya "Herta"sı, 2-ci yeri tutan İspaniya "Barselona"sı və 4-cülüklə kifayətlənən Rusiya "Zenit"idir.

Sabah keçiriləcək görüşlərdən sonra ilk iki günün nəticələrinə əsasən ən yaxşı 8 komanda mükafatlar uğrunda, digər 8 iştirakçı 9-16-cı yerlər üçün mübarizə aparacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ