SON DƏQİQƏ

Argentina büdrədi

Tarix:

16-06-2018, 20:28

/ 10 320 dəfə oxundu.
Argentina büdrədi

Bu gün DÇ-2018-də daha 2 qrupda mübarizə başlayır.

Gunaz.az xəbər verir ki, gün ərzində 4 oyun olacaq. İlk olaraq Fransa ilə Avstraliya meydana çıxacaqlar. Heyət baxımından turnirin ən güclülülərindən biri hesab olunan fransızlar favorit adını doğrultmaq üçün Avstraliya qarşısında çətinlik çəkməməlidir.

Qrupun digər qarşılaşmasında Peru və Danimarka milliləri üz-üzə gələcək. Ən azı Cənubi Amerika - Avropa prizmasından yanaşsaq, azarkeşlər darıxmayacaq.

Argentina və İslandiya qarşılaşması maraqla gözlənilir. AÇ-2016-dakı çıxışı ilə hər kəsi yaxşı mənada təəccübləndirən adalılar daimi favorit cənubi amerikalılara müqavimət göstərə biləcəkmi? Messi və komandası kağız üzərində cütün favoritidir.

Günə Xorvatiya – Nigeriya görüşü ilə yekun vurulacaq. “Ölüm qrupu” adlandırılan D qrupundan çıxmağı hədəfləyən hər iki komanda xüsusilə də Avropanın müxtəlif üst səviyyəli klublarında çıxış edən oyunçularına arxalanır. Bu görüşün qalibi böyük ehtimalla qrupda ikinci yerin əsas namizədi olacaq.

DÇ-2018. 1-ci tur

C qrupu

14:00. Fransa – Avstraliya 2:1

Qol: Antuan Qrizmann, 58 (pen); Aziz Behiç, 81 (avtoqol) - Mayl Yedinak, 62 (pen).

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay), Xulio Baskunyan, Kristian Şimann (hər ikisi Çili)

Kazan, "Kazan Arena"

20:00. Peru - Danimarka 0:0

Hakimlər: Bakari Qassama (Qambiya), Jan-Klod Birumuşahu (Burundi), Abdelhak Etçiali, Mehdi Abid Şaref (hər ikisi Əlcəzair), Anuar Hmila (Tunis)

"Saransk, "Mordoviya Arena"

D qrupu

17:00. Argentina - İslandiya 1:1

Qollar: Serxio Aquero, 19 - Alfred Finnboqason, 23.

Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Tomaş Listkeviç (hamısı Polşa), Vilmar Roldan, Aleksander Quzman (hər ikisi Kolumbiya)

Moskva, "Spartak" stadionu

23:00. Xorvatiya - Nigeriya

Hakimlər: Sandro Riççi, Emerson de Karvalyo, Marselo van Qasse (hamısı Braziliya), Antonio Maryö Lahoz, Pau Sebrian Devis (hər ikisi İspaniya)

Kalininqrad, "Kalininqrad" stadionu(Publika.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ