SON DƏQİQƏ

DÇ-2018: İran mundiala qələbəylə başladı

Tarix:

15-06-2018, 22:17

/ 10 334 dəfə oxundu.
DÇ-2018: İran mundiala qələbəylə başladı

Futbol üzrə Mərakeş yığması Dünya çempionatı- 2018-in "B" qrupunun birinci oyununda İrana məğlub olub.

Gunaz.az xəbər verir ki, Sankt-Peterburqun eyniadlı stadionunda keçirilən görüş 1:0 hesabı ilə iranlıların xeyrinə başa çatıb.

İran komandasına qələbəni rəqibin oyuna sonradan daxil olan futbolçusu Əziz Buhadduzun 95-ci dəqiqədə vurduğu avtoqol gətirib.

İran yığması ikinci turda İspaniya, Mərakeş isə Portuqaliya millisi ilə qarşılaşacaq. Hər iki matç iyunun 20-də keçiriləcək.

DÇ-2018 – final mərhələsi. B qrupu. 1-ci tur

Mərakeş – İran - 0:1

0:1 – Buhadduz – 90+5 (avtoqol)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ