SON DƏQİQƏ

Futbol bayramı başlayır - GÜNÜN PROQRAMI

Tarix:

14-06-2018, 10:07

/ 10 394 dəfə oxundu.
Futbol bayramı başlayır - GÜNÜN PROQRAMI

Bu gün bütün dünyada futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi Futbol üzrə Dünya Çempionatı başlayacaq.

Gunaz.az xəbər verir ki, ali futbol turnirinin 2018-ci il buraxılışına Rusiya ev sahibliyi edir.

Mundialın açılış matçı ev sahibi ilə Səudiyyə Ərəbistanı arasında baş tutacaq.

A qrupunda mübarizə aparan millilər 25 il aradan sonra ilk dəfə qarşı-qarşıya gələcək. Tərəflər ilk və sonuncu dəfə 1993-cü il 6 noyabr tarixində qarşılaşıb. Səudiyyə Ərəbistanın Əl-Hubər şəhərində təşkil edilən xüsusi bir matçda görüşən komandalar ev sahibinin 4:2 hesablı üstünlüyü ilə meydandan ayrılmışdılar.

Mundialın ilk matçı paytaxt Moskvadakı “Lujniki” arenasında saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00 – red.) başlayacaq. Qarşılaşmanı argentinalı hakim Nestor Pitana idarə edəcək. Onun köməkçiləri eyni ölkədən Xuan Pablo Bellati və Hernan Maidana olacaq. Dördüncü hakim vəzifəsi isə braziliyalı Sandro Riççiyə verilib.

Dünya Çempionatına ev sahibliyi edən Rusiyanın millisi FİFA dünya reytinqində 70-ci yerdə qərarlaşıb. Səudiyyə Ərəbistanı isə 67-ci sırada dayanıb. Rusiya ev sahibliyi etdiyi mundiala tarixində 11-ci dəfə qatılır. Asiya seçmələrini Yaponiyadan sonra ikinci sırada tamamlayaraq Rusiyaya vəsiqə qazanan Səudiyyə Ərəbistanı isə 5-ci dəfə Dünya Çempionatına qatılır.

Qeyd edək ki, mundialın oyunları «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınıb. Bu isə o deməkdir ki, Azərbaycanda azarkeşlər dörd ildən bir keçirilən mötəbər turniri "Azərbaycan Televiziyası" və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı izləyə biləcəklər. Turnir ərzində keçiriləcək 64 oyunun hər biri tamaşaçılara təqdim ediləcək.

Xatırladaq ki, Dünya Çempionatı 14 iyun - 15 iyul tarixlərində baş tutacaq.

Dünya Çempionatı

A qrupu

1-ci tur

14 iyun

19:00. Rusiya – Səudiyyə Ərəbistanı

15 iyun

16:00. Misir – Uruqvay

2-ci tur

19 iyun

22:00. Rusiya – Misir

20 iyun

19:00. Uruqvay – Səudiyyə Ərəbistanı

3-cü tur

25 iyun

18:00. Uruqvay – Rusiya

18:00. Səudiyyə Ərəbistanı – Misir

скачать dle 12.1

Şərhlər