SON DƏQİQƏ

DÇ-2018: Açılış oyununun hakimi bəlli oldu

Tarix:

12-06-2018, 23:47

/ 10 468 dəfə oxundu.
DÇ-2018: Açılış oyununun hakimi bəlli oldu

Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasında keçiriləcək dünya çempionatının açılış oyununa hakim təyinatları açıqlanıb.

Gunaz.az xəbər verir ki, ilk qarşılaşma argentinalı referi Nestor Pitanaya tapşırılıb. Ona həmyerliləri Xuan Pablo Bellati və Ernan Maydana yan xətt hakimləri kimi yardımçı olacaqlar. Ehtiyat hakim isə braziliyalı Sandro Riççi təyin edilib.

Dünya çempionatında ilk dəfə hakimlərə videoyardım sistemi (VAR) çalışacaq. Videohakimlər briqadasına italiyalı Massimiliano İrrati, həmyerlisi Daniele Orsato, argentinalı Mauro Vilyano və Çilidən olan Karlos Astroza daxil edilib.

İyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

скачать dle 12.1

Şərhlər