SON DƏQİQƏ

Dənizkənarı Milli Parkda master-klass olacaq

Tarix:

12-06-2018, 09:10

/ 10 327 dəfə oxundu.
Dənizkənarı Milli Parkda master-klass olacaq

Bu gün Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçiriləcək.

Gunaz.az AFFA-nın saytına istinadən xəbər verir ki, tədbir IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirin məqsədi gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkəmizdə aparılan idman siyasətinə dəstək olmaqdır.

скачать dle 12.1

Şərhlər