SON DƏQİQƏ
» » Dünyanın ən bahalı futbolçuları müəyyənləşdi - SİYAHI

Dünyanın ən bahalı futbolçuları müəyyənləşdi - SİYAHI

Tarix:

4-06-2018, 21:51

/ 10 472 dəfə oxundu.
Dünyanın ən bahalı futbolçuları müəyyənləşdi - SİYAHI

Dünyanın ən bahalı futbolçularının adları bəlli olub.

Gunaz.az “Report”a istinadən verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin açıqlamasına əsasən, İngiltərə “Tottenhem”inin futbolçusu Harri Keyn ən bahalı futbolçu adına layiq görülüb. 25 yaşlı hücumçunun transfer məbləği 201.2 milyon avro olaraq qiymətləndirilir.

Fransanın PSJ klubunun hücumçusu Neymar 195.7 milyon avro ilə 2-ci, onun komanda yoldaşı Kilian Mbappe 186.5 milyon avro ilə 3-cü, İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi 184.2 milyon avro ilə 4-cü və İngiltərə “Liverpulu”nun yarımmüdafiəçisi Məhəmməd Salah isə 171.3 milyon avro ilə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzi 100 ən bahalı futbolçunun siyahısını analitiklər tərəfindən tərtib edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ