SON DƏQİQƏ
» » Danimarka DÇ-2018 üçün yekun heyətini açıqlayıb- SİYAHI

Danimarka DÇ-2018 üçün yekun heyətini açıqlayıb- SİYAHI

Tarix:

4-06-2018, 09:17

/ 10 315 dəfə oxundu.
Danimarka DÇ-2018 üçün yekun heyətini açıqlayıb- SİYAHI

Futbol üzrə Danimarka yığması Dünya çempionatı- 2018-ə yollanacaq komandanın yekun heyətini açıqlayıb. 23 oyunçudan ibarət heyətə "Rusenborq"un mayda Norveç çempionatında zədə almış hücumçusu Niklas Bendtner düşməyib.

Gunaz.az report.az-a istinadən bildirir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Danimarka millisinin tam heyəti aşağıdakı şəkildədir:

Qapıçılar: Rennov ("Brondbü"), Lossl ("Haddersfild Taun"), K. Şmeyhel ("Lester Siti");

Müdafiəçilər: Kristensen ("Çelsi"), Dalsqor ("Brentford"), Vesterqor ("Borussiya" M), Yens Larsen ("Udineze"), Knudsen ("İpsviç Taun"), Matias Yorqensen ("Haddersfild Taun"), Kyer ("Sevilya");

Yarımmüdafiəçi: Eriksen ("Tottenhem Hotspur"), Şone ("Ayaks"), Leraqer ("Bordo"), Kron-Deli ("Deportivo"), Deleyni ("Verder"), Kvist ("Kopenhagen");

Hücumçu: Kornelius ("Atalanta"), Dolberq ("Ayaks"), Braytvayt ("Bordo"), Nikolay Yorgensen ("Feyenoord"), Sisto ("Selta"), Fişer ("Kopenhagen"), Yusuf Poulsen ("RB Leypsiq").

Danimarka DÇ-2018-in qrup mərhələsində Fransa, Peru və Avstraliya ilə mübarizə aparacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ