SON DƏQİQƏ

Almaniya məğlub oldu

Tarix:

3-06-2018, 09:30

/ 10 412 dəfə oxundu.
Almaniya məğlub oldu

Rusiyada keçiriləcək Futbol üzrə Dünya Çempionatına hazırlıq məqsədilə bir sıra yoldaşlıq görüşləri keçirilib.

Gunaz.az xəbər verir ki, Almaniya millisi Avstriya yığmasının qonağı olub. Qarşılaşma Avstriya millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 11-ci dəqiqəsində Məsud Özil hesabı açıb – 0:1. İlk hissə Almaniya yığmasının qələbəsi ilə başa çatıb.

Fasilədən sonra irəli atılan Avstriya yığması qarşılaşmanın 53-cü dəqiqəsində Martin Hintereggerin qolu ilə hesabı bərabərləşdirib - 1:1. Qarşılaşmanın 69-cu dəqiqəsində isə Alessandro Schoepf Avstriya millisinin qələbə topunu vurub.

Digər maraqlı qarşılaşma "Vembli" stadionunda keçirilib. İngiltərə millisi Nigeriya komandasını qəbul edib. Görüş İngiltərənin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 7-ci dəqiqəsində İngiltərə millisinin heyətində Qərri Keyhil hesabı açıb. Oyunun 39-cu dəqiqəsində isə meydan sahiblərinin hücumçusu Heri Keyn ikinci topu qonaqların qapısından keçirib.

İkinci hissənin 47-ci dəqiqəsində Aleks İvobi qonaq komandanın qarşılaşmadakı yeganə qolunu vurub.

Belçika Portuqaliya görüşü qolsuz heç-heçə ilə başa çatıb.

скачать dle 12.1

Şərhlər