SON DƏQİQƏ
» » "Qarabağ" ilk əcnəbi transferini reallaşdırdı

"Qarabağ" ilk əcnəbi transferini reallaşdırdı

Tarix:

2-06-2018, 18:42

/ 10 362 dəfə oxundu.
"Qarabağ" ilk əcnəbi transferini reallaşdırdı

“Qarabağ” 2018/19-cü illər mövsümü üçün heyətini gücləndirməyə start verib.

Gunaz.az klubun saytına istinadən xəbər verir ki, komanda xorvatiyalı futbolçu Filip Ozobiçi sıralarına qatıb. 27 yaşlı yarımmüdafiəçiylə 3 illik müqavilə imzalanıb.

“Mladost” klubunun yetirməsi olan Ozobiç peşəkar karyerasına Rusiyanın “Spartak” (Moskva) klubunda başlayıb, 2012-ci ildə isə karyerasını icarə əsasında vətənində “Hayduk” (Split) klubunda davam etdirib. 2013-cü ildə Xorvatiyanın “Slaven” klubuna transfer olunub. Bu klubda 3 mövsüm keçirən Filip 2016-ci ildə “Qəbələ” klubuna transfer olunub. Burada çıxış etdiyi 2 mövsümdə ümumilikdə 74 matçda meydana çıxıb və 25 qolla yadda qalıb.

Yeni transfer Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarında (U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyinib və 3 dəfə də ölkəsinin əsas yığmasına dəvət alıb.

скачать dle 12.1

Şərhlər