SON DƏQİQƏ

Mövsümün ən yaxşı futbolçusu məlum oldu

Tarix:

14-05-2018, 11:58

/ 10 346 dəfə oxundu.
Mövsümün ən yaxşı futbolçusu məlum oldu

Fransanın PSJ klubunun hücumçusu Neymar 2017/2018 mövsümündə Liqa 1-in ən yaxşı futbolçusu seçilib.

Gunaz.az  report-a istinadən xəbər verir ki, braziliyalı forvarda mükafatı həmyerlisi Ronaldo təqdim edib.

PSJ-ni tərk edəcəyi açıqlanan Unay Emeri mövsümün məşqçisi, "Marsel"dən Stiv Mandanda ən yaxşı qapıçı seçilib. Parislilərin forvardı Kilian Mbappe isə "Liqanın ümidi" mükafatını alıb.

Qeyd edək ki, Neymar ötən yay 222 milyon avro qarşılığında İspaniyanın "Barselona" klubundan PSJ-yə keçib. 26 yaşlı hücumçu Paris təmsilçisinin ölkə çempionu olduğu mövsümdə 20 matçda 19 qol vurub və 13 məhsuldar ötürmə verib.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ