SON DƏQİQƏ

Rəşad Sadıqov istefa verdi

Tarix:

4-05-2018, 16:48

/ 10 393 dəfə oxundu.
Rəşad Sadıqov istefa verdi

“Qarabağ”ın U-19 komandasının baş məşqçisi Rəşad Sadıqov bu vəzifədən istefa verib.
Gunaz.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi və “Qarabağ”ın kapitanı işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb. U-19 komandasının yeni baş məşqçisi yaxın günlərdə məlum olacaq.
Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medalların sahibi olub, eyni zamanda UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan klubu olub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ