SON DƏQİQƏ
» » Çempionlar Liqasının ilk finalçısı kim olacaq?

Çempionlar Liqasının ilk finalçısı kim olacaq?

Tarix:

1-05-2018, 13:07

/ 10 406 dəfə oxundu.
Çempionlar Liqasının ilk finalçısı kim olacaq?

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.

Yarımfinal mərhələsinin ilk cavab qarşılaşmasında "Real” "Bavariya”nı qəbul edəcək. Münhendə rəqibi üzərində 2:1 hesabı ilə qalib gələn son çempion "Real” ardıcıl 3-cü dəfə finala adlamağa çox yaxındı. Lakin almanlar da təslim olmaq fikrində deyillər. Yupp Haynkesin yetirmələri səfərdə qalib gəlib, həlledici matça vəsiqə əldə etmək niyyətindədir.

Hər iki komandada zədəlilər var. İspanlarda müdafiənin sağ cinahındakı problem baş məşqçi Zinəddin Zidanı narahat edir. Belə ki, həm Dani Karvahal, həm də Naço zədədən əziyyət çəkdiyindən, bu mövqedə kimin oynayacağı sual altındadı.

"Bavariya”da isə ilk oyunda zədələnən müdafiəçi Jerom Boatenq komandasına kömək edə bilməyəcək. Həmçinin Arturo Vidal da zədədən əziyyət çəkir. David Alaba kollektivə qoşulubsa, dünən fərdi məşqlə kifayətlənən Aryen Robbenin oynayıb-oynamayacağı bəlli deyil.

Çempionlar Liqası. 1/2 final, cavab oyunları

1 may

22:45. "Real” (İspaniya) – "Bavariya” (Almaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid, "Santyaqo Bernabeu” stadionu

İlk oyun – 2:1

 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ