SON DƏQİQƏ

Neymar Dünya Çempionatına qatılmayacaq?

Tarix:

19-04-2018, 16:18

/ 10 328 dəfə oxundu.
Neymar Dünya Çempionatına qatılmayacaq?

Paris Sen-Jermenin braziliyalı superstarı Neymar zədəsinin tam sağalacağı günü açıqlayıb.

San Paolo şəhərində bir tədbirə qatılan Neymar yaşıl meydanlara qayıdacağı günü deyib:

"Dəqiq bir tarix yoxdur. Bu zədəmin nə qədər sürətlə sağala biləcəyinə və yaxında keçəcəyim testlərə bağlıdır. Ancaq təxmini olaraq 17 maya qədər tamamilə sağala biləcəyimi deyə bilərəm”.

Qeyd edək ki, Neymar komandasının 1-ci liqada "Olimpik Marsel”lə oyununda ciddi zədə almışdı. Sağ ayağından əməliyyat olunan ulduzun Rusiyada keçiriləcək 2018 Dünya Çempionatına qatılmayacağı bildirilirdi.

 

 

Gunaz.az 

скачать dle 12.1

Şərhlər