SON DƏQİQƏ

Avroliqada yarımfinalçılar müəyyənləşdi

Tarix:

13-04-2018, 08:26

/ 10 322 dəfə oxundu.
Avroliqada yarımfinalçılar müəyyənləşdi

Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.

Gunaz.az xəbər verir ki, gecənin qarşılaşmalarından sonra İngiltərənin "Arsenal", İspaniyanın "Atletiko", Fransanın "Marsel" və Avstriyanın "Zaltsburq" komandaları yarımfinala yüksəlib.

Avropa Liqası, 1/4 final, cavab oyunları

23:05. "Zaltsburq” (Avstriya) – Latsio (İtaliya) - 4:1

Qollar: Munas Dabbur, 56. Amadu Haydara, 72. Hi-Çan Hvanq, 74. Ştefan Layner, 76 - Çiro İmmobile, 55

Baş hakim: Damir Skomina (Sloveniya)

İlk oyun – 2:4

23:05. "Sportinq” (Portuqaliya) – "Atletiko” (İspaniya) - 1:0

Qol: Fredi Montero, 28.

Baş hakim: Milorad Majiç (Serbiya)

İlk oyun – 0:2

23:05. MOİK (Rusiya) – "Arsenal” (İngiltərə) - 2:2

Qollar: Fyodor Çalov, 39. Kirill Nababkin, 50 - Denni Uelbek, 75. Remsi, 90+2.

İlk oyun – 1:4

Baş hakim: Feliks Tsvayer (Almaniya)

23:05. "Marsel” (Fransa) – "Leyptsiq” (Almaniya) - 4:2

Qollar: Ştefan İlsanker, 6-öz qapısına. Buna Sarr, 9. Florian Toven, 38. Dimitri Payet, 60 - Bruma, 2. Jan-Kevin Oqüsten, 55

Baş hakim: Born Keypers (Hollandiya)

İlk oyun – 0:1

Yarımfinal mərhələsinin püşkü bu gün atılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ