SON DƏQİQƏ

Məmmədyarov Aronyanla qarşılaşdı

Tarix:

11-03-2018, 23:30

/ 10 426 dəfə oxundu.
Məmmədyarov Aronyanla qarşılaşdı

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb.

Partiya 24-cü gedişdə 0.5:0.5-lik heç-heçə ilə başa çatıb.

Birinci turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlib, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölüb.

İddiaçılar turniri, II tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 0.5:0.5

Din Lijen (Çin) - Fabiano Karuana (ABŞ)

Vladimir Kramnik (Rusiya) - Sergey Karyakin (Rusiya)

Aleksandr Qrişuk (Rusiya) - Uelsi So (ABŞ)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ