SON DƏQİQƏ
» » “Mançester Siti” 63 ildən sonra bu uğuru təkrarladı

“Mançester Siti” 63 ildən sonra bu uğuru təkrarladı

Tarix:

2-03-2018, 21:53

/ 10 419 dəfə oxundu.
“Mançester Siti” 63 ildən sonra bu uğuru təkrarladı

Xəbər verdiyimiz kimi, “Mançester Siti” futbol klubu İngiltərə premyer-liqasının 28-ci turunda “Arsenal”ı 3:0 məğlub edib. “Mançester Siti” 1954/1955-ci illər mövsümündən sonra tarixdə ikinci dəfə ali divizion çərçivəsində bir mövsümdə “Arsenal”, “Çelsi” və “Mançester Yunayted” komandalarına onların meydanlarında qalib gəlib.
Gunaz.az Qafqazinfo-ya istinadən xəbər verir ki,  Mançester klubu bu mövsümdə artıq 82 qol vurub və 55 il bundan əvvəl “Tottenhem” komandasının qazandığı nailiyyəti təkrarlayıb. Xatırladaq ki, 1962/1963-cü illər mövsümündə londonlular da 28 turda 82 qol vurmuşdular.
Hazırda Pep Qvardiolanın komandası “Mançester Yunayted” klubunu 16 xal qabaqlayaraq liqada liderlik edir.
скачать dle 12.1

Şərhlər