SON DƏQİQƏ
» » İdmançımıza dopinqə görə sanksiya tətbiq edilib

İdmançımıza dopinqə görə sanksiya tətbiq edilib

Tarix:

21-02-2018, 15:08

/ 1 158 dəfə oxundu.
İdmançımıza dopinqə görə sanksiya tətbiq edilib

Azərbaycanın daha bir idmançısına dopinqdən istifadəyə görə sanksiya tətbiq edilib.

Gunaz.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, bu, Yekaterina Sarıyevadır. 

Yüngül atletika üzrə Azərbaycan millisinin üzvü 12 ay müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Cəza 2017-ci il sentyabrın 23-dən qüvvəyə minib.

23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində furosemid aşkarlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ