SON DƏQİQƏ
» » Qış Olmpiya Oyunlarında iki yarış təxirə salınıb

Qış Olmpiya Oyunlarında iki yarış təxirə salınıb

Tarix:

14-02-2018, 22:04

/ 1 176 dəfə oxundu.
Qış Olmpiya Oyunlarında iki yarış təxirə salınıb

Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında fırtına və əlverişsiz hava şəraiti hakimdir.

Gunaz.az  xarici mediaya istinadən xəbər verir ki, fırtına səbəbindən qadınların fərdi biatlon yarışları sabaha qədər təxirə salınıb.

Qərar təşkilatçılar tərəfindən qəbul edilib. Startı bu gün Bakı vaxtı ilə 15.05-də verilməli olan yarış güclü küləyə görə sabah 11.15-də, kişilərin 20 km-lik yarışı isə 14.20-də keçiriləcək.

Təşkilatçılar fırtına zamanı səsgücləndiricilər vasitəsilə tamaşaçıları Olimpiya parkından ayrılmağa və ya qapalı idman obyektlərinə getməyə çağırıb. Jurnalistlərə isə yaxındakı xokkey arenasında işləmək təklif edilib.

Şiddətli külək təxminən 4 saat davam edib.

скачать dle 12.1

Şərhlər