SON DƏQİQƏ

"Barselona" finalda

Tarix:

9-02-2018, 07:25

/ 1 226 dəfə oxundu.
"Barselona" finalda

"Barselona" futbol üzrə İspaniya Kubokunun yarımfinal matçında "Valensiya"nı 2:0 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, kataloniyalılar səfərdə baş tutan cavab matçındakı qələbə sayəsində yarımfinala vəsiqə qazanıblar.

Matçda Filippe Koutinyo (49-cu dəqiqə) klubda ilk qolunu vurub. İkinci topu rəqibin qapısından İvan Rakitiç (82) keçirib. "Barselona" birinci oyunda 1:0 hesabı ilə qalib gəlmişdi.

İspaniya Kubokunun finalı aprelin 21-də keçiriləcək. "Barselona"nın rəqibi iki oyunun nəticəsinə görə, "Leqanes"ə qalib gəlmiş "Sevilya" olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ