SON DƏQİQƏ

Azərbaycan Gimnastika Federasiyası birinci oldu

Tarix:

3-02-2018, 20:55

/ 1 263 dəfə oxundu.
Azərbaycan Gimnastika Federasiyası birinci oldu

Azərbaycan Gimnastika Federasiyası 4 il ardıcıl olaraq Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların" siyahısına daxil olub.

Gunaz.az AGF-nın saytına istinadən xəbər verir ki, federasiyamızın 2017-ci il ərzində gimnastikanın 3 növü üzrə Dünya Kuboklarına, FIG-nin bədii gimnastika üzrə Qitələrarası, beynəlxalq, həmçinin kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kurslarına və FIG Şura iclasına yüksək səviyyədə ev sahibliyi etməsi, bunlarla yanaşı FIG-nin tanıdığı gimnastikanın 6 növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı Beynəlxalq Gimnastika Federasiyası tərəfindən dəyərləndirilib və AGF ilk pillə ilə mükafatlandırılıb.

Xatırladaq ki, özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016 -ci illərdə 10 ən güclü federasiyaların sırasında yer alıb.

скачать dle 12.1

Şərhlər