SON DƏQİQƏ
» » Şəhriyar FİDE reytinqində 2-ci pilləyə yüksəldi

Şəhriyar FİDE reytinqində 2-ci pilləyə yüksəldi

Tarix:

31-01-2018, 22:06

/ 1 216 dəfə oxundu.
Şəhriyar FİDE reytinqində 2-ci pilləyə yüksəldi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin ilk reytinq siyahısını açıqlayıb.

Gunaz.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 1 pillə irəliləyib.

33 yaşlı şahmatçı xallarını 2814-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 29 xal geri qalıb.

Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 40-cı, Arkadi Naydiç isə 2705 xalla 41-cidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ