SON DƏQİQƏ

"Qəbələ" "Arsenal"la bərabərə qaldı

Tarix:

27-01-2018, 20:44

/ 1 007 dəfə oxundu.
"Qəbələ" "Arsenal"la bərabərə qaldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Rusiya təmsilçisi “Arsenal”la qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

Tula təmsilçisi Rusiya Premyer Liqasında 25 turdan sonra 25 xalla qış fasiləsinə 8-ci pillədə yollanıb.

Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u ilə heç-heçə (1:1) edib, İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.

"Qəbələ" - "Arsenal" (Rusiya) - 3:3

Qollar: Berxamov, 2 (0:1), Ozobiç, 17 (1:1), Berxamov, 28 (1:2), Monros, 32 (2:2), Bexramov, 45 (2:3), Vitali Vernidub, 83 (3:3)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ