SON DƏQİQƏ
» » "Başqa yarış olsaydı, oynamaq rahat olardı" — Qurban Qurbanov

"Başqa yarış olsaydı, oynamaq rahat olardı" — Qurban Qurbanov

Tarix:

24-01-2018, 19:37

/ 924 dəfə oxundu.
"Başqa yarış olsaydı, oynamaq rahat olardı" — Qurban Qurbanov

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov AFFA-nın saytına UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.

Trend-in məlumatına görə, Q.Qurbanov deyib: “Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq. Qarşıda xeyli vaxtımız var. Oyunlara qədər daha güclü, mehriban komanda qurmağı bacaracağımıza inanıram. Püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqqında düşünməmişəm".

Baş məşqçi bildirib ki, püşk bir lotereyadır: "Artıq rəqiblərimizi tanıyırıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik. Bu gün dünya futbolunda hər cür nəticələrlə qarşılaşırıq. Zəif hesab etdiyimiz milli belə güclü rəqibindən xal almağı bacarır. Milləttlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadır və çalışacaqlar şanslarından maksimum istifadə etsinlər. Başqa yarış olsaydı, bəlkə də indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından, komandaların hamısı şansından sona qədər istifadə etməyə çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik. Əlbəttə, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik. Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz nəticələrimiz var.

Azarkeşlərimizə milli komandanı dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yenə birləşəcəyik".

скачать dle 12.1

Şərhlər