SON DƏQİQƏ

Məmmədyarov superturnirdə vahid lider oldu

Tarix:

20-01-2018, 07:20

/ 974 dəfə oxundu.
Məmmədyarov superturnirdə vahid lider oldu

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində 6-ci tura yekun vurulub.

Gunaz.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. 33 yaşlı qrossmeyster qara fiqurlarla hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0.

Rəqib 86-cı gedişdən sonra təzyiqlərə davam gətirməyərək təslim olub. Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalların sayını 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2 - 4-cü yerləri bölüşdürür.

Yanvarın 20-si keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ