SON DƏQİQƏ
» » Şəhidlərimizə həsr olunmuş yeganə turnirdə qalib müəyyənləşdi - FOTOLAR

Şəhidlərimizə həsr olunmuş yeganə turnirdə qalib müəyyənləşdi - FOTOLAR

Tarix:

12-01-2018, 15:03

/ 913 dəfə oxundu.
Şəhidlərimizə həsr olunmuş yeganə turnirdə qalib müəyyənləşdi - FOTOLAR

Balaxanı İdman Kompleksində şəhid Əvəz Paşayevin xatirəsinə həsr olunmuş yarış keçirilib.

Gunaz.az BiG.AZ-a istinadən xəbər verir ki, Rəsmi Necatinin təşkilatçılığı ilə ərsəyə gəlmiş Həvəskar Futzal Turniri Balaxanı İdman Kompleksində keçirilib. Yarışın qalibləri açıqlanıb.

Oyun başlamazdan əvvəl şəhidlərimiz 1 dəqiqəlik sükutla yad olunub. Azərbaycan Futbol Federasiyası Assosiasiyasının hakimlər komitəsinin sədri Asim Xudiyev və onun hakim heyətinin nəzarəti altında keçirilən final oyunundan qalib ayrılan "Maştağa" futbol komandası olub.

Şəhidlərimizə həsr olunmuş yeganə turnirdə qalib müəyyənləşdi - FOTOLAR

Nəzərinizə çatdırırıq ki, onlar final oyununda peşəkar futbolçulardan ibarət olan Balaxanının "Okean" komandasını 2-0 hesabı ilə məğlub edib. Həvəskarlardan ibarət olan "Maştağa" komandasına dəstək olmaq üçün gələn azərkeşlərin sayı, oyun zamanı göstərdikləri canfəşanlıq hamını təəcübləndirib. Rəsmi Necatinin verdiyi açıqlamaya görə, 5 il ard-arda turnir təşkil olunduğu halda belə bir azərkeş dəstəyi heç bir komandaya olunmayıb. Digər peşəkar komandalarla müqayisədə azərkeşlər pankart hazırlamış, nağara və qavalın sədaları altında rəngarəng şüarlarla komandalarına dəstək olub. Maştağa komandasının heyətində qolları sərrast oyunçular Dostməmməd Quliyev və Şahin Xəlilov vurmuşdur.

3-cü yerə isə "Mədən 2" komandası layiq görülüb. Komanda "Bravo" komandasını məğlub edib.

Şəhidlərimizə həsr olunmuş yeganə turnirdə qalib müəyyənləşdi - FOTOLAR

 

 

Şəhidlərimizə həsr olunmuş yeganə turnirdə qalib müəyyənləşdi - FOTOLAR

 

Şəhidlərimizə həsr olunmuş yeganə turnirdə qalib müəyyənləşdi - FOTOLAR

 

Şəhidlərimizə həsr olunmuş yeganə turnirdə qalib müəyyənləşdi - FOTOLAR

 

Şəhidlərimizə həsr olunmuş yeganə turnirdə qalib müəyyənləşdi - FOTOLAR

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ