SON DƏQİQƏ
» » “Qarabağ”ın futbolçusuna 1 milyon avro qiymət qoyuldu

“Qarabağ”ın futbolçusuna 1 milyon avro qiymət qoyuldu

Tarix:

12-01-2018, 13:18

/ 790 dəfə oxundu.
“Qarabağ”ın futbolçusuna 1 milyon avro qiymət qoyuldu

Norveç millisinin üzvü Tarik Elyunussi “Qarabağ”dan ayrılmaq üzrədir. İcarə əsasında Ağdam təmsilçisində çıxış edən 29 yaşlı futbolçu yaxın günlərdə klubun sıralarını tərk edə bilər. 

Gunaz.az xəbər verir ki, "atlılar"ın əsas komandasında heyətə düşə bilməyən yarımmüdafiəçi İsveçin AİK klubu ilə anlaşıb.  Futbolçunun müqavilə ilə məxsus olduğu "Olimpiakos" klubunun bu transfer üçün AİK-dən 1 milyon avro təzminat istədiyi bildirilib. Yaxın günlərdə danışıqların yekunlaşacağı gözlənilir.

Qeyd edək ki, uzun müddətdir zədəli olan Norveç millisinin üzvü ötən ilin yayından çıxış etdiyi "Qarabağ"da  cəmi 8 oyun keçirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ