SON DƏQİQƏ

"Bütün fikrimiz “Qarabağ”ı keçməkdir"

Tarix:

21-12-2017, 08:54

/ 765 dəfə oxundu.
"Bütün fikrimiz “Qarabağ”ı keçməkdir"

"Qəbələ"nin ukraynalı müdafiəçisi Vitali Vernidub ölkəsinin mətbuatına müsahibə verib.

Gunaz.az qol.az-a istinadən xəbər verir ki, o, Azərbaucandakı yaşayış tərzindən, "Qəbələ"dən və digər məsələlərdən danışıb.

- Vitali, sanki "Zarya"da dünən çıxış edirdin. Azərbaycanda iki il yarım nə tez keçdi?
- Əksinə. Ailənin yanında olmamaq çətdindir. Bu cür yaşayanda günlər uzanır.

- Yaxınların yanına tez-tez gəlir?
- Bir vaxtlar ailəm mənimlə yaşadı. Bu, üç ay çəkdi. Sonra qərara gəldik ki, övladım evdə qalsa yaxşıdı. Çünki uşaq Ukraynda üzgüçülüklə və dərnəklə məşğul olur.

- Atan sənə baş çəkir?
- Bir dəfə anamla bigə gəlmişdilər. Mən onlara Bakının gözəl şəhər olduğunu göstərdim.

- "Qəbələ"də səni hər şey qane edir?
- Hə, hər şey əladır. Klub rəhbəliyi əlindən gələni edir ki, biz ancaq futbolu düşünək.

- Son 4 ilin çempionu "Qarabağ" bu mövsüm yeganə məğlubiyyətini "Qəbələ"dən alıb. Ancaq bu komandadan 6 xal geri qalırsınız...
- Bəzi çatışmazlıqlar üzərinə işləməliyik. Təəssüf ki, xal itirməməli olduğumuz oyunlarda bu vəziyyətlə üzləşdik. Bununla belə, mübarizənin hələ irəlidə olduğuna inanıram. Çünki qarşıda çempionatın iki dövrəsi var. Deməli, "Qarabağ"la vacib 2 oyunumuz da qalır.

- "Zarya"da bir yerdə oynadığınız futbolçulardan kimisə Qəbələyə dəvət etmisizmi?
- Bu barədə Aleksey Şevçenko ilə danışmışam. Nəzərə alaq ki, biz Bakıda yaşayarıq, orda görməli çox yer var. Amma Şevçenkonun gəlişi baş tutmadı.

- Paytaxtda yaşayırsan?
- Orada bizim bazamız yerləşir.

- Nə vaxtdan?
- Son yarım ildir ki. Biz Qəbələyə ancaq oyunlar olanda gedirik. Rəhbərlik bu qərar futbolçuların rahat olması üçün verib.

- Boş vaxtlarında nə işlə məşğul olursan?
- Televizora baxıram, kinoteatra gedirəm, kitab oxuyuram, "Play Station" oynayıram. Amma yenə də ailədən kənarda qalmaq mənəvi cəhətdən çətindir.

- Komanda yoldaşlarınızdan ən çox kimlə "Play Station" oynayırsan?
- Dmitri Bezotosnı ilə, amma mənim səviyyəmdə deyil. Dima hələ uzun müddət və səylə məşq etməlidir (gülür).

- Azərbaycan çempionatında dövrələr arasında fasilə çoxdur?
- İstirahət də daxil olmaqla iki aydan azdır. Yaxşı hazırlıq lazımsa, qısa olmalıdır. Yadımdadır ki, Ukraynada 3 təlim-məşq toplanışı keçirdik. "Qəbələ" ilə 2 hazırlıq keçəcəyik. Təlim-məşq toplanışları zamanı ailələrimizi də Antalyaya apara bilərik.

- "Qəbələ" ilə müqavilən vaxt bitir?
- Cari mövsümün sonunda.

- Gələcək karyeran haqda düşünürsən?
- Xeyr. İndi bütün fikrimiz çempionatda "Qarabağ"ı keçə bilmək və Azərbaycan kubokunda yaxşı çıxış etməkdir. Yeri gəlmişkən, bu turnirdə yarımfinala adlamışıq.

- Ukraynaya qayıtmaq fikrin yoxdur?
- Ölkəndən kənarda uzun müddət qalmaq ağırdır. Ümid edirəm ki, nə vaxtsa qayıdacam və vətənimdə də oynayacam.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ