SON DƏQİQƏ

Arda Turan Premyer Liqada oynayacaq - Yeni klub

Tarix:

24-11-2017, 09:56

/ 985 dəfə oxundu.
Arda Turan Premyer Liqada oynayacaq - Yeni klub

Bir neçə gün əvvəl "Monako" ilə danışıqlar aparması xəbərləri yayılan Arda Turanla bağlı daha bir informasiya yayılıb. 
Gunaz.az Fanat.Az-a istinadən xəbər verir ki, türk futbolçunun karyerasını İngiltərədə davam etdirəcəyi iddia olunub.
Bildirilir ki, Məsut Özil qışda "Arsenal"dan "Barselona"ya keçəcək. Kataloniya radiosu bu barədə futbolçunun meneceri Erkan Söğütə istinadən məlumat yayıb. Məlumata görə, türk əsilli futbolçu üçün "Arsenal"a 20 milyon avro ödəniləcək. 3,5 illik müqavilə imzalayacaq Məsut həftədə 450 min avro maaş alacaq.
"Arsenal" isə Özilin gedişindən sonra Ardanı heyətinə qatacaq. Bu barədə İngiltərə mediası məlumat yayıb. Bildirilir ki, Arsen Vengerin uzun müddətdi sərəncamında görmək istədiyi türk futbolçunun keçidi bu qış həll olunacaq. "Barselona"da forma şansı qazanmayan Arda özü də İngiltərə Premyer Liqasında oynamaq istəyir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ