SON DƏQİQƏ

DÇ-2018: Dublində sürpriz nəticə

Tarix:

15-11-2017, 07:37

/ 1 252 dəfə oxundu.
DÇ-2018: Dublində sürpriz nəticə

Futbol üzrə 2018-ci il dünya çempionatına Avropa zonasından vəsiqə qazanan sonuncu komandanın adı müəyyənləşib.

Gunaz.az xəbər verir ki, Danimarka Dublində İrlandiyanı darmadağın edib - 5:1. Bu komandalar arasında ilk oyun 0:0 başa çatmışdı.

Bununla da DÇ-2018-də iştirak edəcək komandaların sayı 30-a çatıb. Onlardan 14-ü - Rusiya, Belçika, Almaniya, İngiltərə, İspaniya, Polşa, İslandiya, Serbiya, Fransa, Portuqaliya, İsveçrə, Xorvatiya, İsveç və Danimarka Avropanı təmsil edir.

Digər ölkələr Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Nigeriya, Kosta-Rika, Misir, Panama, Uruqvay, Kolumbiya, Argentina, Seneqal, Mərakeş və Tunisdir.

Son 2 vəsiqənin sahibi bu gün saat 15:00-da başlanacaq Avstraliya - Honduras və noyabrın 16-da saat 06:15-də start götürəcək Peru - Yeni Zelandiya matçlarından sonra müəyyənləşəcək.

Xatırladaq ki, dünya çempionatının oyunları gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək. Püşkatma mərasimi dekabrın 1-də Moskvada təşkil olunacaq.

DÇ-2018. Pley-off, cavab oyun

14 noyabr

23:45. İrlandiya – Danimarka - 1:5

Qollar: Şeyn Daffi, 6 - Andreas Kristensen, 29. Kristian Eriksen, 32; 63; 74. Niklas Bendtner, 90-penalti ilə

İlk oyun – 0:0.

скачать dle 12.1

Şərhlər