SON DƏQİQƏ

Millimiz Almaniya ilə qarşılaşır

Tarix:

9-11-2017, 09:52

/ 1 217 dəfə oxundu.
Millimiz Almaniya ilə qarşılaşır

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Gunaz.az xəbər verir ki, V qrupda yer alan Samir Ələkbərovun rəhbərlik etdiyi kollektiv Almaniya yığmasını qəbul edəcək.

Oktyabrın 6-da bu kollektivlər arasında Almaniyanın Kotbus şəhərində baş tutan görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 6:1.

Ümumiyyətlə, Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi digər iki matçda da uduzub. Milli səfərdə İsrailə, evdə isə İrlandiyaya 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu da evdə keçirəcək. Noyabrın 14-də “Dalğa Arena”da baş tutacaq dueldə rəqib Kosova yığması olacaq.

AVRO-2019

Seçmə mərhələ, V qrup

9 noyabr

18:00. Azərbaycan – Almaniya

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski

Dördüncü hakim: Bulat Sariyev (hakimlər briqadası Qazaxıstandandır)

Bakı. “Dalğa Arena”

Xal durumu: İrlandiya - 10, Almaniya, Kosova - 6, Norveç - 5, İsrail - 4, Azərbaycan - 0.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ